×
A
A
A
Sazlamalar

Ümumdünya Şahmat Olimpiadası: Kişilərdən ibarət komandamız Qazaxıstan yığmasını məğlub edib

Bakı, 6 avqust, AZƏRTAC

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün keçirilən 8-ci turda kişilərdən ibarət komandamız (Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) Qazaxıstan yığmasını 2,5:1,5 hesabı ilə məğlub edib.
Olimpiadada kişilərin yarışında 188 komanda mübarizə aparır.
İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

İdman 2022-08-06 18:21:00