Şahmatçılar Ağbulaqda təlim-məşq toplanışında olublar
Şahbuz, 6 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası yuxarı yaş kateqoriyalı şahmatçılar üçün Ağbulaq İstirahət Mərkəzində üçgünlük təlim-məşq toplanışı təşkil edib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təlim-məşq toplanışında muxtar respublikada fəaliyyət göstərən şahmat məktəblərindən, ümumilikdə, 30 şagird və 4 müəllim iştirak edib. Zəka sahibləri 3 gün ərzində intensiv təlim-məşqlərini davam etdiriblər.
Beynəlxalq usta Toğrul Həsənzadə “Oyun ortasındakı vəziyyətlər və passiv fiqurun aktivləşdirilməsi” mövzularında və başqa öyrədici mövzularda şahmatçılarla biliklərini bölüşüb.
Təlim-məşq toplanışı çərçivəsində şahmatçıların istirahəti də təşkil olunub, onlar mərkəzin imkanlarından yararlanıb, şahmat yarışlarında iştirak ediblər.
Qeyd edək ki, təlim-məşq toplanışının keçirilməsində məqsəd gənc şahmatçıları qarşıdakı turnirlərə hazırlamaq, onların oyun təcrübəsini artırmaqdan ibarət olub.
Zaqatalada “Şanlı tarix yazanlar” kitabının təqdimatı olub
Şəhid Elzamin Tağıyevin xatirəsi anılıb
Xızıda KOB dostu fəaliyyətə başlayıb
Respublikanın müxtəlif bölgələrində toxum sərgi-satış yarmarkaları təşkil ediləcək