Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib
Bakı, 6 avqust, AZƏRTAC
Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC xəbər verir ki, Liqa 1 təmsilçisi “Tuluza”dan Bafode Diakiteni transfer edib. Bu barədə “Lill”in rəsmi saytı məlumat yayıb.
İyirmi bir yaşlı fransız müdafiəçi ilə dördillik müqavilə imzalanıb. Gənc futbolçu yeni komandasında 18 nömrəli formanı geyinəcək. “Tuluza” yetirməsinin transferindən 3 milyon avro qazanıb.
Müdafiəçi 2018-ci ildən “Tuluza”nın əsas komandasında forma geyinib. O, bu komandada 84 oyuna çıxıb.
Fransalı idmançı Julien Brulard cüdoçularımıza ustad dərsi keçib
Avropa birinciliyi: Daha bir boksçumuz finala vəsiqə qazanıb, ikisi bürünc medala yiyələnib
Azərbaycanın idman gimnastları Avropa çempionatının finalına vəsiqə qazanıblar
Şahmat üzrə milli dərəcəli hakimlər üçün seminar təşkil ediləcək
Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında ilk üçlükdə yer alıb