“Warner Bros.” şirkəti film layihələrinin bağlanması nəticəsində yüz milyonlarla dollar itirib
Bakı, 6 avqust, AZƏRTAC
“Warner Bros. “Discovery” film layihələrinin bağlanması və əvvəlki rəhbərliyin planlaşdırdığı layihələrin inkişaf etdirilməməsi nəticəsində 825 milyon dollar itirib.
AZƏRTAC xəbər verir ki, şirkət filmlərinin və seriallarının keyfiyyətinin kəskin şəkildə aşağı düşdüyünü etiraf edib.
“Batgirl” filminin yaradıcılarına layihənin post-prodakşn mərhələsində olmasına baxmayaraq, irəli getməyəcəyi bildirilib. Şirkətdəki bəzi mənbələr filmin vergilərə qənaət etmək üçün dayandırıldığını güman edir. “Warner Bros. Discovery” şirkətinin rəhbərliyi artıq xərcləri 3 milyard dollar azaltmaq niyyətində olduğunu açıqlayıb.
Bakı Musiqi Akademiyasında “Üzeyir Hacıbəylinin musiqi inciləri” adlı fotosərgi açılacaq
Bakıda İƏT üzvü olan Ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının 6-cı iclası keçirilib
Gülnarə Xəlilovanın üç kolleksiyası Özbəkistan və Qazaxıstanda təqdim olunacaq
Bakıdakı Rus evində Müəllim gününə həsr olunmuş konsert keçiriləcək