×
A
A
A
Sazlamalar

Ceyms Franko “Alina of Cuba” filmində Fidel Kastro rolunu canlandıracaq

Bakı, 6 avqust, AZƏRTAC

Hollivud aktyoru Ceyms Franko Migel Bardemin "Alina Of Cuba" filmində Kuba inqilabının lideri Fidel Kastronun obrazını canlandıracaq.
AZƏRTAC kulturomania.ru saytına istinadla xəbər verir ki, filmin ssenari müəllifləri Xose Rivera və Nilo Kruzdur.
Filmin süjetində Kastro və Natali Revuelte Klevesin qızı Alina Fernandes valideynlərinin başqa ailələri olduğu bir vaxtda dünyaya gəlib. O, atasının kim olduğunu yalnız on yaşında öyrənir. Yetkinlik dövründə o, F.Kastronu tənqid edirdi. A.Fernandes 1993-cü ildə İspaniyaya, sonra isə ABŞ-a gedir.

Mədəniyyət 2022-08-06 16:50:00