×
A
A
A
Sazlamalar

Antalyaya gələn turistlərin sayı sürətlə artır

Ankara, 6 avqust, AZƏRTAC

Türkiyə məlum pandemiya məhdudiyyətlərinin əsas hissəsini aradan qaldırmaqla ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrindəki tənəzzülə son qoymağa nail olub. Görülən ciddi tədbirlər sayəsində Antalyaya gələn turistlərin sayı sürətlə artır.
AZƏRTAC xəbər verir ki, cari il yanvarın 1-dən avqustun 5-dək Antalyaya gələn xarici turistlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 91 faiz artıb. Bildirilir ki, bu dövrdə təyyarə ilə bölgəyə 7 milyon 76 min 937 turist gəlib. Antalya ötən il qeyd olunan zaman kəsiyində təyyarə ilə cəmi 3 milyon 705 min 771 nəfər qəbul etmişdi. Digər vasitələrlə bölgəyə gələn turist sayında da ciddi artım müşahidə olunur.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-08-06 16:43:00