×
A
A
A
Sazlamalar

FHN: Babadağ dağında köməksiz qalan şəxslərdən üçü sağ tapılıb, həlak olmuş bir nəfərin yeri müəyyənləşdirilib VİDEO

Bakı, 6 avqust, AZƏRTAC

İsmayıllı rayonunun ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən üç nəfəri - Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və qardaşı Xudaverdiyev Emil Aqil oğlu sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, həlak olmuş Məmmədov Mübariz Əliağa oğlunun yeri müəyyənləşdirilib. Hazırda cəsədin mürəkkəb relyefli dağlıq ərazidən çıxarılması işləri aparılır.
Xatırladaq ki, bu gün səhər saatlarında nazirliyin 112 - qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupu xilasetmə işlərinə cəlb olunub. Axtarışlar mürəkkəb relyefli dağlıq ərazidə və əlverişsiz hava şəraitində aparılıb.
Əlavə məlumat veriləcək.

Hadisə 2022-08-06 15:42:00

Video