“Roma” klubu PSJ-dən Jorjinyo Veynaldumun transferini rəsmiləşdirib
Bakı, 6 avqust, AZƏRTAC
“Roma” klubu PSJ-dən Jorjinyo Veynaldumun transferini rəsmiləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
A seriyası təmsilçisi 31 yaşlı yarımmüdafiəçini 1 illik icarəyə götürüb. Paytaxt klubu mövsümün sonunda futbolçunun transfer hüquqlarını ala bilər.
Qeyd edək ki, Veynaldum 2021-ci ildən PSJ-nin futbolçusudur. O, bir müddətdir ki, klubdan ayrılmağı düşünürdü.
Avropa birinciliyi: Daha bir boksçumuz finala vəsiqə qazanıb, ikisi bürünc medala yiyələnib
Azərbaycanın idman gimnastları Avropa çempionatının finalına vəsiqə qazanıblar
Şahmat üzrə milli dərəcəli hakimlər üçün seminar təşkil ediləcək
Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında ilk üçlükdə yer alıb
Azərbaycanda ilk dəfə aquatlon üzrə uşaqlar üçün yarış keçirilib