×
A
A
A
Sazlamalar

Banqladeşdə yanacağın qiyməti 50 faizdən çox artırılıb

Pekin, 6 avqust, AZƏRTAC
Banqladeşdə yanacağın pərakəndə satış qiyməti 50 faizdən çox artırılaraq tarixi rekord səviyyəyə çatdırılıb.
AZƏRTAC ölkə mediasına istinadla xəbər verir ki, bu barədə Banqladeşin Enerji və Təbii Ehtiyatlar Nazirliyi qərar qəbul edib. Avqustun 6-dan etibarən aşağı oktanlı benzinin qiyməti 51,1 faiz bahalaşaraq 130 takaya (təxminən 2,33 manat), yuxarı oktanlı benzinin qiyməti isə 51,7 faiz bahalaşaraq 135 takaya (2,42 manat) satılır. Bundan başqa, dizel yanacağının qiyməti 42,5 faiz bahalaşıb. Nazirlik qiymət artımının dünya bazarında xam neftin qiymətinin qalxması fonunda dövlətə məxsus yanacaq satışı şirkətlərinə verilən subsidiyaların azaldılmasından və qonşu ölkələrə yanacaq qaçalmalçılığının qarşısını almaqdan ötrü həyata keçirildiyini açıqlayıb.
Hazırkı tariflər 1971-ci ildə müstəqilliyini əldə etdikdən sonra Banqladeşdə ən yüksək yanacaq qiymətləridir. Ekspertlər yanacağın qiymətinin qalxmasını ölkədə inflyasiyanın yüksəlməsinə təsir edəcəyini proqnozlaşdırır.

 
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2022-08-06 14:06:00