×
A
A
A
Sazlamalar

“Şahdəniz” qurğularının hasilat gücü gündə təxminən 70 milyon standart kubmetrdir

Bakı, 6 avqust, AZƏRTAC

Birinci yarımildə “Şahdəniz” yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
BP-dən AZƏRTAC-a bildirilib ki, ilin ilk altı ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 13 milyard standart kubmetr qaz və 2 milyon ton (18 milyon bareldən artıq) kondensat hasil edilib.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

Neft - qaz 2022-08-06 14:00:00