® Respublikamızın hüdudlarından kənarda “Azercell” sistemlərinə qoşulmalar müvəqqəti olaraq məhdudlaşdırılır
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin məlumatına görə, Azərbaycanın elektron informasiya resurslarına qarşı genişmiqyaslı kiberhücumlar hazırlanıb. Müvafiq dövlət qurumunun bu xəbərdarlığını nəzərə alaraq, “Azercell Telekom” MMC respublikamızın hüdudlarından kənarda “Azercell” sistemlərinə qoşulmaları müvəqqəti olaraq məhdudlaşdırır. Bu səbəbdən də xaricdə olan Azercell abunəçiləri “Kabinetim” proqramına, internet səhifəmizə və digər elektron resurslarımıza rominq üzərindən mobil internet vasitəsilə qoşula biləcəklər.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb