Göyçayda kartof istehsalı iki dəfədən çox artıb
Göyçay, 6 avqust, AZƏRTAC
Göyçay rayonunda cari mövsümdə 4068,8 ton kartof istehsal olunub ki, bu da ötənilki göstəricidən 2068,8 ton çoxdur.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, bu ilin məhsulu üçün 210 hektar sahədə kartof yetişdirilib. Bazarlarda ilboyu bu məhsula olan tələbat torpaq mülkiyyətçilərinin kartofçuluğa marağını artırıb. Təsadüfi deyil ki, əkin sahələri ötən ildəkindən 59 hektar çox olub.
Qeyd edək ki, cari mövsümdə kartof daha çox Şəhadət, Mallı Şıxlı və Qarabaqqal ərazi icra dairələrində əkilib. Sahibkarlar bu ərazilərdə hər hektardan 150 sentnerdən çox kartof istehsal ediblər. Yığılan məhsulun bir hissəsi yerli bazarlara çıxarılır.
Avqustda üzüm bağlarında mövsümi xəstəliklərə qarşı bir sıra vacib tədbirlər görülməlidir
Bərdədə kənd təsərrüfatı məhsullarının istehsalı 22,4 faiz artıb
“Aqro-Mən” müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib
Balakən rayonunun təsərrüfatlarında qarğıdalı yığımına başlanılıb
Qaxda 13,5 min hektaradək sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır