×
A
A
A
Sazlamalar

Çimərlik futbolu üzrə Azərbaycan millisi yenidən Səudiyyə Ərəbistanı yığmasına qalib gəlib

Bakı, 6 avqust, AZƏRTAC

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı Su İdmanı Sarayının ərazisindəki çimərlik futbolu meydançasında Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşan millimiz bu dəfə 4:2 hesabı ilə qələbə qazanıb.
İsa Zeynallının dubl etdiyi oyunda millimizin digər qollarını Bayram Paşazadə və Emin Mehtiyev vurublar.

İdman 2022-08-06 11:33:00