×
A
A
A
Sazlamalar

Sabirabad sakinlərinin qaz təchizatına dair müraciətləri dinlənilib

Bakı, 6 avqust, AZƏRTAC

Sabirabad sakinləri “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyasından yararlanıblar.
İB-dən AZƏRTAC-a bildirilib ki, Sabirabad şəhərində qurulan “Səyyar qəbul otağı”nda rayon sakinləri öz müraciətlərini ünvanlayıblar.
Sakinlər aksiya çərçivəsində onlarla görüşə gələn Salyan Regional qaz istismarı İdarəsinin əməkdaşları ilə görüşdə təbii qazla bağlı yaranmış problemlərindən söz açıb və onların müraciətlərinin tez bir zamanda həll olunacağına ümid etdiklərini bildiriblər.
Birliyin məsul şəxsləri isə hər bir müraciətə həssaslıqla yanaşıb və bütün müraciətlər qeydiyyata alınıb.
Qeydiyyatı aparılan müraciətlərin bir hissəsi həllini tapsa da, bəziləri araşdırılma tələb etdiyi üçün müvafiq şöbələrə yönləndirilib.

Regionlar 2022-08-06 11:09:00