×
A
A
A
Sazlamalar

Binə Atçılıq Mərkəzində çövkən oyunu üzrə Şuşa kuboku turnirinin final görüşündə qalib müəyyənləşib VİDEO

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 6-da Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Şuşa kuboku turnirinin final görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Binə Atçılıq Mərkəzini qapalı manejində baş tutan yarışın son görüşündə “Buta Qolden” və “Polad” komandaları birincilik uğrunda mübarizə aparıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Polad” komandasi rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Sərhədçi Dilbaz” və “Köhlən” komandaları arasında Şuşa kubokunda üçüncü yer uğrunda mübarizə isə “Sərhədçi Dilbaz” komandasının 5:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman 2022-08-06 10:45:00

Video