×
A
A
A
Sazlamalar

Tərtərdə “İxtisas bələdçisi” adlı maarifləndirmə seminarı keçirilib

Tərtər, 6 avqust, AZƏRTAC
Tərtər rayonunda “İxtisas Bələdçisi” adlı maarifləndirmə seminarı keçirilib. Seminar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin əsas məqsədi iştirakçıları müasir əmək bazarının tələbləri barədə məlumatlandırmaq, abituriyentlərin düzgün ixtisas seçimi etmələrinə dəstək verməkdir.
Seminarda iştirakçılara ixtisas seçiminin aparılması meyarları, düzgün kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilib, özünütanıma, özünüinkişafın əhəmiyyəti, bacarıq və istedadların müəyyən olunmasının yolları izah edilib.
Seminarın sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2022-08-06 10:40:00