Ümumdünya Şahmat Olimpiadası: Komandalarımız Qazaxıstan və Rumıniya təmsilçiləri ilə qarşılaşacaqlar
Bakı, 6 avqust, AZƏRTAC
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün keçiriləcək 8-ci turda kişilərdən ibarət komandamız (Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) Qazaxıstan, qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva) isə Rumıniya şahmatçıları ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, yeddi turdan sonra hər iki komandamızın aktivində 11 xal var. Kişi şahmatçılarımız turnir cədvəlinin 11-ci, qadın təmsilçilərimiz isə 6-cı pilləsində qərarlaşıblar.
Azərbaycanın idman gimnastları Avropa çempionatının finalına vəsiqə qazanıblar
Şahmat üzrə milli dərəcəli hakimlər üçün seminar təşkil ediləcək
Azərbaycan V İslam Həmrəyliyi Oyunlarının kikboksinq yarışlarında ilk üçlükdə yer alıb
Azərbaycanda ilk dəfə aquatlon üzrə uşaqlar üçün yarış keçirilib
UEFA Avropa Liqası: "Fənərbağça" "Austriya" komandasını məğlub edib