×
A
A
A
Sazlamalar

Ağdam rayonunun Tağıbəyli kəndi

Bakı, 6 avqust, AZƏRTAC

Ağdam rayon mərkəzindən 20 kilometr şimal-şərqdə, Qarabağ düzündə yerləşir.
İşğala qədər Tağıbəyli kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi.
Kənd 1994-cü il aprelin 16-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Ermənilər işğal altındakı ərazilərdə bütün yaşayış məntəqələri kimi, Tağıbəyli kəndini də dağıdıb xarabalığa çeviriblər. İşğalçılar Tağıbəyli kəndinin ərazisində tez-tez yanğınlar törədiblər.
İkinci Qarabağ müharibəsində Ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kənddən görüntüləri təqdim edir.

Regionlar 2022-08-06 10:00:00