Bosniya və Herseqovinada COVID-19 epidemiyası ilə bağlı yeni qaydalar tətbiq edilib
Sarayevo, 6 avqust, AZƏRTAC
Bosniya və Herseqovinanın inzibati vahidi olan Bosniya və Herseqovina Federasiyasında COVID-19 epidemiyasının altıncı dalğası fonunda yeni qaydalar qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Federasiyasının federal hökuməti ötən həftələrdə COVID-19 infeksiyasına yoluxma halların artması ilə əlaqədar bütün tibbi və sosial xidmət müəssisələrində qoruyucu maska taxmağı məcburi edib.
Bir ay müddətinə qüvvədə qalacaq qaydalar çərçivəsində vaksinasiya prosesinin sürətləndirilməsi də nəzərdə tutulur. Belə ki, peyvənd məntəqələrinin yenidən açılması ilə bağlı göstəriş verilib.
Ölkədəki iki inzibati vahiddən biri olan Serb Respublikasında isə epidemiyanın yeni dalğası ilə əlaqədar hələ ki, heç bir qərar qəbul olunmayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
Almaniyalı xilasedicilər Baltik dənizində polşalı dənizçini sudan çıxarıblar
Bolqarıstanda NATO Hərbi Hava Qüvvələrinin təlimləri başlayıb
Türkiyədə 34 su elektrik stansiyasının rəsmi açılış mərasimi olub
“Tribar Manufacturing” şirkəti kimya sənayesi tullantılarını çaya axıdıb