Gənc xanəndə: Şuşada keçirilən muğam müsabiqəsinin qalibi olduğum üçün xoşbəxtəm VİDEO
Şuşa, 6 avqust, AZƏRTAC
Şuşada keçirilən muğam televiziya müsabiqəsində birinci yerə layiq görülmək mənim üçün fəxrdir. Bu hissləri sözlə ifadə etmək çox çətindir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşada keçirilən 8-ci Muğam müsabiqəsində birinci yerə layiq görülmüş Fuad Əzizzadə deyib.
“Çox xoşbəxtəm ki, doğma Şuşamızda muğam müsabiqəsi keçirildi və qalib oldum. Çox qürurverici hissdir. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyirəm. Allah Ali Baş Komandanımızı, ordumuzu qorusun” – deyə gənc xanəndə bildirib.
Sumqayıt bulvarında “Sağlam həyat günü”nə həsr olunan tədbir təşkil edilib
Şəkidə tələbələrin yay liderlik düşərgəsi başa çatıb
Cəbrayıl rayonunun Xanağabulaq kəndi