×
A
A
A
Sazlamalar

Türkiyədə “Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda səfirlər konfransı keçiriləcək

Ankara, 6 avqust, AZƏRTAC

Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə “2023- Müdrik və mərhəmətli türk diplomatiyası” mövzusunda XIII səfirlər konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, avqustun 8-dən 12-dək davam edəcək konfransın bölmələrlə Ankara, Nevşəhir və Kayseri şəhərlərində keçirilməsi nəzərdə tutulub.
Azərbaycan heyətinin də iştirakı ilə konfransdan əvvəl Ankaranın Altındağ rayonunda yerləşən Cəbəci Asri Məzarlığında şəhid türk diplomatların uyuduqları müqəddəs məkan ziyarət ediləcək.
Xatırladaq ki, erməni terror təşkilatları tərəfindən 1973-1984-cü illərdə xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatları və ailələri geniş miqyaslı terror hücumlarına məruz qalıblar. Məqsədli və amansızcasına törədilən 90 terror aktı nəticəsində 41 türk diplomat və ailə üzvü şəhid olub. Türkiyə diplomatiyası XX əsrin sonunda ən çox sayda və ağır nəticələr verər terror aktları ilə üz-üzə qalıb. Təəssüf ki, türk diplomatlarına qarşı bu bəşəri cinayətləri törədən erməni terrorçuların əksəriyyəti sonralar müxtəlif bəhanələrlə həbsdən azad ediliblər. Daha bir təəssüfləndirici vəziyyət isə Ermənistanın həmin terrorçuları qəhrəmanlaşdıraraq terrora dəstək verməkdə davam etməsidir.

 
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-08-06 01:03:00