Gəncədə Məhərrəm ayında keçirilən mərasimlərlə əlaqədar genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılıb
Gəncə, 5 avqust, Elcan Məmmədov, AZƏRTAC
Məhərrəmlik mərasimləri ilə əlaqədar yaradılan Qərargahın Gəncə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilən “Tədbirlər Planı”na uyğun olaraq “İmamzadə” dini kompleksi və mərasim keçiriləcək digər ərazilərdə təmizlik və dezinfeksiya işləri görülüb.
İşlər Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, həmçinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “İmamzadə” dini kompleksi və ətrafında təmizlik işləri görülüb, ərazidə olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib, yaşıllıqların suvarılması təmin olunub. Bununla yanaşı, ziyarətgah və mərasimlərin keçiriləcəyi digər ərazilərdə dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, görülən işlər Məhərrəm ayında keçirilən Tasua, Aşura, Ərbəin və digər dini mərasimlər zamanı Gəncənin “İmamzadə” dini kompleksinə gələcək sakinlərin, habelə şəhərin qonaqlarının rahatlığının təmin olunması məqsədi daşıyır.
Saatlıda evdən və mağazadan oğurluq edən şəxs saxlanılıb
AAYDA-nın sədri Masallıda vətəndaşların müraciətlərini dinləyib
Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə dünyanın ən qabaqcıl təcrübələri öyrənilir
Salyanda mikroavtobus su kanalına düşüb, bir nəfər ölüb VİDEO