Goranboyda zəlzələ baş verib
Bakı, 5 avqust, AZƏRTAC
Avqustun 5-də Goranboyda zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 21:01-də Mingəçevir stansiyasından 20 km cənub-qərbdə Goranboy rayonunda 3,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
Sabaha olan hava proqnozu açıqlanıb
Avropada quraqlıq üzündən “qırmızı” təhlükə elan edilib
İlan balığının Kür çayı və meliorativ kollektorlarda sənaye ovuna icazə verilib
Ümumdünya Meteorologiya Təşkilatı: qasırğalar mövsümünün qızğın dövrü başlanır
Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var