Rusiya və Türkiyə prezidentləri birgə bəyanat imzalayıblar
Moskva, 5 avqust, AZƏRTAC
Soçidə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüşün yekunlarına dair birgə bəyanat imzalanıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda liderlər regional və qlobal təhdidlərə baxmayaraq, Rusiya-Türkiyə münasibətlərini inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər. Tərəflər qarşılıqlı ticarətin həcmini artırmaq, nəqliyyat, kənd təsərrüfatı, sənaye, turizm və tikinti sektorlarında qarşılıqlı fəaliyyəti genişləndirmək üçün addımlar atmağı qərara alıblar.
Rusiya və Türkiyə prezidentlərinin bəyanatında qeyd olunur ki, tərəflər Suriya və Liviyanın ərazi bütövlüyü və siyasi birliyinin qorunub saxlanmasına tərəfdardırlar, terror təşkilatlarına qarşı birgə mübarizəni əlaqələndirməkdə əzmlidirlər.
Dövlət başçıları yüksək səviyyəli əməkdaşlıq Şurasının növbəti iclasını Türkiyədə keçirmək barədə razılığa gəliblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Vatikanın dövlət katibi: Avropa Aralıq dənizindəki miqrasiya probleminin həlli üçün birləşməlidir
Ermənistanın sabiq prezidentinin polis tərəfindən döyülən oğlu xəstəxanaya aparılıb
Yaponiyada anomal isti səbəbindən 35 min nəfər xəstəxanaya yerləşdirilib
Çin və Suriya strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb
Sinqapur aeroportu sərnişinlərə pasportsuz səyahət imkanı yaradacaq