Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi qulluqçusunun minaya düşməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 5 avqust, AZƏRTAC
Kəlbəcər Hərbi Prokurorluğuna avqustun 5-də Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin minaya düşməsi barədə məlumat daxil olub.
Hərbi prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, prokurorluğun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla Babək Əliyevin rayon ərazisində xidməti vəzifələrini icra edərkən piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.
Faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Azərbaycanın müdafiə naziri ilə ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub
MN: Mövqelərimiz atəşə tutulub
Qazaxıstanlı nümayəndə heyəti ölkəmizdə səfərdədir VİDEO
Müdafiə Nazirliyi orta ixtisas təhsili pilləsinə gizir hazırlığı kursuna qəbul elan edir
Hərbi qulluqçular bayram münasibətilə uşaq evlərini ziyarət ediblər