×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun hərbi qulluqçusu Kəlbəcərdə minaya düşərək həlak olub

Bakı, 5 avqust, AZƏRTAC
Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.
Bu barədə Müdafiə Nazirliyindən AZƏRTAC-a məlumat verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir! Allah rəhmət eləsin!

Ordu 2022-08-05 20:57:00