×
A
A
A
Sazlamalar

Nazir Rəşad Nəbiyev Qubada şəhid ailəsini ziyarət edib

Bakı, 5 avqust, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar Quba rayonuna səfəri çərçivəsində şəhid ailəsini ziyarət edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir şəhid Mehdiyev Surxay Zülfü oğlunun ailə üzvləri ilə görüşüb, qayğıları ilə maraqlanıb.
Görüşdə yaxınları şəhidin Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıblar.

Regionlar 2022-08-05 19:37:00