Avrozonada yaşı 25-ə qədər olan işsizlərin hər dörd nəfərindən biri İspaniyada yaşayır
Madrid, 5 avqust, AZƏRTAC
Avrozona ölkələrində qeydiyyata alınmış, yaşı 25-ə qədər olan işsizlərin hər dörd nəfərindən biri İspaniyada yaşayır.
AZƏRTAC xəbər verir ki, Avropa Statistika İdarəsinin son məlumatına görə, təqribən 469 min gənc ispan işsizdir. Bu, bütün avrozona ölkələrində işlə təmin olunmamış şəxslərin 22,6 faizinə bərabərdir. Cari ilin iyun ayında avrozonada 2.073.000 nəfər işsiz olub.
Bu göstərici üzrə İspaniya yalnız Fransadan geri qalır. Fransada bu yaş diapazonunda iş axtaranların sayı yarım milyona çatır.
Avrozonada işsiz gənclərin 50 faizi ispanlar və fransızlardır.
İtaliya və Almaniya üzrə müvafiq rəqəmlər də yuxarıda adı çəkilən ölkələrdəki statistikaya yaxındır. Cari ilin altıncı ayında İtaliyada 354 min, Almaniyada isə 233 min nəfər yaşı 25-dən aşağı olan işsiz qeydə alınıb.
Ekspertlər xəbərdarlıq edirlər ki, erkən yaşda işsizlik işədüzəlmə perspektivlərini uzun müddət şübhə altına alır.
Ağ Ev və Respublikaçılar milli borcla bağlı razılığa gəliblər
İtaliya ən azı 15 milyon doza COVID-19 peyvəndini məhv edəcək
Aleksandar Vuçiç Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verib
Ukraynalı hərbçilər “Abrams” tanklarında təlimlərə başlayıb
Sabah Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək