Hərbi qulluqçularımız Beynəlxalq Ordu Oyunlarında iştirak edəcəklər
Bakı, 5 avqust, AZƏRTAC
Hərbi qulluqçularımız “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Moskva şəhərinin Alabino hərbi poliqonunda keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək məqsədilə Rusiya Federasiyasında səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində ölkəmizdə keçiriləcək "Dəniz kuboku", o cümlədən “Artilleriya atəşinin ustaları” (Qazaxıstan) və “Snayper həddi" (İran) müsabiqələrində də iştirak edəcəklər.
Hərbi Hava Qüvvələrinin helikopter bölmələri ilə təlimlər keçirilib VİDEO
“Snayper həddi” beynəlxalq müsabiqəsi davam edir