×
A
A
A
Sazlamalar

Bu gün Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümünə start veriləcək


Bakı, 5 avqust, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023-cü il mövsümünə start veriləcək.
AZƏRTAC xəbər verir ki, cari çempionat 6 illik fasilədən sonra 10 komandanın iştirakı ilə keçiriləcək və burada ilk dəfə VAR sistemindən istifadə olunacaq.
Birinci turun açılış matçı 4 ildən sonra elitaya qayıdan “Kəpəz”lə ötən mövsümün bürünc medalçısı “Zirə” arasında olacaq. Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan bölgə klubu rəqibini “Dalğa Arena”da qəbul edəcək. Görüşdə ədaləti FIFA referisi Əliyar Ağayev qoruyacaq.
Qeyd edək ki, tura avqustun 6-8-də keçiriləcək "Qarabağ" - "Səbail", "Şamaxı" - "Neftçi", "Sabah" - "Sumqayıt" və "Turan Tovuz" - "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

İdman 2022-08-05 14:27:00