×
A
A
A
Sazlamalar

Çimərlik futbolu üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanı yığmasına qalib gəlib

Bakı, 5 avqust, AZƏRTAC
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb.
Millimizin qollarını Bayram Paşazadə, Ramil Əliyev və İsa Zeynallı vurublar.

İdman 2022-08-05 14:24:00