Rusiya Prezidenti türkiyəli həmkarı ilə görüşmək üçün Soçiyə gəlib
Moskva, 5 avqust, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Soçiyə gəlib.
AZƏRTAC xəbər verir ki, iki ölkə liderləri Soçidə danışıqlar aparacaqlar.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Baş nazirinin müavini, hökumətlərarası komissiyanın həmsədri Aleksandr Novak görüşün yekunları barədə məlumat verəcək.
D.Peskovun sözlərinə görə, görüş təkbətək formatda və nümayəndə heyətləri arasında keçiriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
İnterpol, Frontex və Europolun birgə reydləri zamanı 212 nəfər saxlanılıb
NASA: Yadplanetlilərlə bağlı heç bir sübut yoxdur
Səudiyyə Ərəbistanı Ukraynadakı müharibəyə son qoyulmasına vasitəçilik etmək istəyir
Avropada su balansının pozulması nə kimi təhlükələr yaradır?