×
A
A
A
Sazlamalar

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində təmir işləri aparılacaq

Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində görüləcək işlərlə bağlı məlumat yayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, avqustun 5-6-da Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 58-ci kilometrlik hissəsində (Şamaxı rayonu istiqamətində) təmir işləri aparılacaq.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən ərazidə hərəkətdə olarkən yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Tikinti̇ 2022-08-05 14:16:00