×
A
A
A
Sazlamalar

Ağsuda heyvandarlıq məhsulları istehsalında dinamik artım davam edir

Ağsu, 5 avqust, AZƏRTAC
Ağsu rayonunun heyvandarları ilin yeddi ayını uğurlu nəticələrlə başa vurublar. Belə ki, bütün göstəricilər üzrə məhsul istehsalı artıb.
Rayon dövlət statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari ilin yeddi ayında diri çəkidə ət istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 48 ton artaraq 2917 tona çatıb. Süd istehsalı da 158 ton çoxalıb və 18 min 235 ton olub. Yeddi ay ərzində yumurta istehsalı 170 min ədəd artaraq 8 milyon 697 min ədədə, yun istehsalı isə 4 ton artaraq 322 tona çatıb.
Qeyd edək ki, heyvandarlıq bölgədə aqrar sahənin aparıcı sahələrindəndir. Son illər rayonda heyvandarlıq məhsulları istehsalında dinamik artım davam edir.

Kənd təsərrüfatı 2022-08-05 12:23:00