AFFA rəhbərliyi V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək milli komandanın üzvləri ilə görüşüb
Bakı, 5 avqust, AZƏRTAC
AFFA-nın vitse-prezidentləri Rauf Əliyev və Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev və texniki direktor Cahangir Həsənzadə Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının üzvləri ilə görüşüblər.
AZƏRTAC qurumun rəsmi saytına istinadla xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”nın ərazisindəki milli komandaların məşq mərkəzində keçirilən görüşdə AFFA rəsmiləri çıxış edərək futbolçulara qarşıdakı məsul oyunlarda uğurlar arzulayıblar. Milli komandanın baş məşqçisi Samir Əliyev AFFA rəhbərliyinə göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, milli komandamız V İslam Həmrəyliyi Oyunlarında avqustun 8-də Səudiyyə Ərəbistanı, 10-da İran, 12-də isə Mərakeş yığması ilə qarşılaşacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir