×
A
A
A
Sazlamalar

Ferdinand Feldhofer: Rəqib hər addımda bizim planlarımızı pozurdu

Bakı, 5 avqust, AZƏRTAC

Biz təhlükəli oyunumuzu Vyanada göstərəcəyik.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakının "Neftçi" klubunun qonağı olan Avstriyanın "Rapid" (Vyana) komandasının baş məşqçisi Ferdinand Feldhofer matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, oyunun ilk 15 dəqiqəsində "Neftçi"ni sıxışdırmaq istəyirdik. Ancaq gördük ki, alınmır. Rəqib hər addımda bizim planlarımızı pozurdu.
Baş məşqçinin sözlərinə görə, məğlubiyyət onlara pis təsir etməyib: "1:2 hesabı pis deyil. Şanslar var. Cavab görüşündə qollar vurmaq olar".
Qeyd edək ki, "Neftçi" - "Rapid" oyununda Bakı təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək. Bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

İdman 2022-08-05 05:09:00