×
A
A
A
Sazlamalar

UEFA Konfrans Liqası: "Neftçi" hesab arasındakı fərqi artırıb

Bakı, 4 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Neftçi" - "Rapid" (Avstriya) oyununda Bakı təmsilçisi hesab arasındakı fərqi artırıb -2:0.
AZƏRTAC xəbər verir ki, "Bakcell Arena"da oynanılan görüşün 60-cı dəqiqəsində "Neftçi"nin futbolçusu Kenni Sayef fərqlənib.
Oyunda hesabı 44-cü dəqiqədə flaqmanın israilli yarımmüdafiəçisi Ataa Caber açıb.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

İdman 2022-08-04 22:27:00