×
A
A
A
Sazlamalar

UEFA Konfrans Liqası: "Rapid" ilə oyunda "Neftçi" fasiləyə üstün yollanıb

Bakı, 4 avqust, AZƏRTAC
UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Neftçi" - "Rapid" (Avstriya) oyununda birinci hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, "Bakcell Arena"da oynanılan görüşün birinci hissəsi Bakı təmsilçisinin üstünlüyü ilə yekunlaşıb - 1:0. Oyunun 44-cü dəqiqəsində "Neftçi"nin israilli yarımmüdafiəçisi Ataa Caber baxımlı qola imza atıb.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

 

İdman 2022-08-04 21:58:00