×
A
A
A
Sazlamalar

Yasamal rayonunun bu ərazisində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Yasamal rayonu ərazisində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı məlumat yayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, avqustun 6-da saat 08:00-dan avqustun 8-i saat 20:00–dək Bakı şəhərinin Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasquluağa Bakıxanov küçəsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, həmin müddətlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Tikinti̇ 2022-08-04 17:30:00