×
A
A
A
Sazlamalar

Şamaxı rayonunda təşkil edilmiş “Yay Fest”də növbəti təlim keçirilib

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Şamaxı rayonunda təşkil edilən “Yay Fest”də iştirak edən gənclər arasında təlim keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, təlimlərdə işçi qrupunun məsul əməkdaşı çıxış edərək gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Eyni zamanda Dövlət Komissiyasının işçi qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları “Yay Fest” iştirakçılarına təqdim edilib.

Cəmiyyət 2022-08-04 15:01:00