×
A
A
A
Sazlamalar

Unikal görünüşlü çoxfunksiyalı oturacaqlar

Bakı, 4 avqust, AZƏRTAC

Cənubi Koreyanın Seul şəhəri unikal memarlıq əsərləri ilə öyünən şəhərdir.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu memarlıq əsərlərindən biri də “Yong Ju Lee Architecture” memarlıq bürosunun mütəxəssisləri tərəfindən layihələndirilən 30 metr diametrə malik çoxfunksiyalı oturacaqdır.
Yerdən hündürlüyü 75 santimetr təşkil edən və təbii ağacdan hazırlanmış dəmir karkaslı oturacaqlarda gecələr yanan çox rəngli lampalar quraşdırılıb.
Oturacaqlar ziyarətçilər üçün görüşmək, işləmək və ünsiyyət qurmaq, bir sözlə, vaxtlarını xoş və mənalı keçirmək üçün gözəl bir məkana çevrilib.
Seulda, həmçinin şəhər məkanının ictimai yerlərini estetik cəhətdən cəlbedici və rahat etmək üçün ən yaxşı oturacaqlarla bağlı dizayn müsabiqələri də təşkil edirlər.

Bu maraqlıdır 2022-08-04 00:10:00