® “Bakcell”in dəstəyi ilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olunub
“Bakcell” şirkətinin dəstəyi ilə “Vətən sevgisinə rəng qat!” adlı rəsm müsabiqəsi başa çatıb.
Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 7-17 yaşlı uşaqlar öz rəsm əsərlərini müsabiqəyə təqdim ediblər. Ən yaxşı rəsmlərin satışından əldə olunan vəsaitə İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları üçün hədiyyələr alınıb.
Təşkilatçılar və müsabiqə iştirakçıları vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin övladlarına baş çəkib, onlara öz qayğı və diqqətlərini bildiriblər.
Layihə ümumilikdə 100 şəhid övladını əhatə edib.
Müsabiqədə iştirak edən uşaqlara sertifikatlar təqdim olunub.
Şirkətdən bildirilib ki, “Bakcell” xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiyasını diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi “Bakcell Stars” adlı Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb