×
A
A
A
Sazlamalar

DMX miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin söhbət mərhələsini keçirəcək

Bakı, 4 avqust, AZƏRTAC

Dövlət Miqrasiya Xidməti (DMX) miqrasiya orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin söhbət mərhələsini keçirəcək.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbulla əlaqədar elan edilmiş müsabiqənin söhbət mərhələsində iştirak edəcək hər bir namizədə onun vəzifə borclarının icrası ilə əlaqədar müvafiq qanunvericilik aktlarını (xüsusilə Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”) tətbiq etmək sahəsində bilik və bacarığının müəyyən edilməsi, həmçinin peşəkar keyfiyyətlərinin (özünü təqdimetmə, fikir və rəyini ifadəetmə, təmkinlilik, təşəbbüskarlıq, analitik düşünmə, problemləri həlletmə və s.) qiymətləndirilməsi üçün müvafiq suallar veriləcək.
Müsabiqənin söhbət mərhələsi Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib olunmuş qrafikə uyğun olaraq DMX-nın Aparatında (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şosesi 202) təşkil olunacaq.
Namizədlərə müsabiqənin söhbət mərhələsinin keçirilmə tarixi barədə əlavə məlumat veriləcək.

Cəmiyyət 2022-08-04 11:09:00