×
A
A
A
Sazlamalar

Ölkə ərazisində qeydə alınan cinayətlərdən 60-nın açılması təmin olunub

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 3-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 60-nın, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 28-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarılan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı üç fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

 

Hadisə 2022-08-04 11:02:00