×
A
A
A
Sazlamalar

Cari ilin altı ayında Yardımlıda 42,4 milyon manatlıq məhsul istehsal olunub

Bakı, 3 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Yardımlıda 42 milyon 437,6 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, məhsul istehsalının 4,2 faizi dövlət, 95,8 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus subyektlərin payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə məhsul istehsalının həcmi sənaye sektoru üzrə 101,8 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 112,8 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 127,2 faiz, informasiya və rabitə sahəsində 93,4 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 114,6 faiz təşkil edib.
ÜDM istehsalının ümumi həcmində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə xüsusi çəki 45,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə 33,2 faiz, sənaye sahəsi üzrə 7,4 faiz, tikinti sahəsi üzrə 11,2 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 1,7 faiz, informasiya və rabitə sahəsi üzrə isə 0,7 faiz təşkil edib.

Regionlar 2022-08-03 10:54:00