×
A
A
A
Sazlamalar

“Balakən” KSES indiyədək 15 milyon kilovat-saat elektrik enerjisi istehsal edib

Bakı, 3 avqust, AZƏRTAC

2017-ci ilin avqustun 3-də Prezident İlham Əliyevin iştirakı ilə “Balakən” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışı olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Balakən çayı üzərində tikilmiş və ümumi gücü 1,44 meqavat olan stansiyanın təməli 2010-cu il iyulun 8-də qoyulub. Stansiyada 10/0,4 kilovoltluq yarımstansiya və elektrik verilişi xətləri çəkilib, hər birinin gücü 0,48 meqavat olan üç hidroaqreqat quraşdırılıb.
Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən 2022-ci ilin iyulun 1-i tarixinədək stansiyada 15 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Energetika 2022-08-03 10:47:00