Hanefi Mahçiçək: Qardaş Azərbaycanın “EXPO 2023” beynəlxalq sərgisinə qatılmasının bizim üçün xüsusi əhəmiyyəti var VİDEO
Kahramanmaraş, 3 avqust, AZƏRTAC
Kahramanmaraşda ərsəyə gətirdiyimiz “EXPO 2023” İstirahət Park Kompleksi təkcə Türkiyədə deyil, bütün Avropada unikallığı ilə seçilən, daim faydalılığını qoruya biləcək bir layihədir. Azərbaycanı gələn il vilayətimizdə keçiriləcək “EXPO 2023” beynəlxalq botanika sərgisində görmək qardaşlıq arzumuzdur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Kahramanmaraş Vilayətinin 12 Şubat rayonunun bələdiyyə sədri Hanefi Mahçiçək bildirib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” kəlamını xatırladan Hanefi Mahçiçək deyib ki, qardaşlıq ruhuna uyğun olaraq hər yerdə bir olduğumuz kimi “EXPO 2023” beynəlxalq sərgisində də çiyin-çiyinə hərəkət edəcəyik. Məqsədimiz beynəlxalq sərgidən sonra da “EXPO 2023” Parkının uzun müddət ziyarətçilər üçün cəlbedici olmasını təmin etməkdir. Ona görə də, “EXPO 2023” botanika sərgisi bütün iştirakçılar üçün faydalı olacaq. Qardaş Azərbaycanın “EXPO 2023” beynəlxalq sərgisinə qatılmasının bizim üçün xüsusi əhəmiyyəti var.
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir
“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb