×
A
A
A
Sazlamalar

Fıstıq arıqlamağa və qan təzyiqini aşağı salmağa kömək edir

Bakı, 3 avqust, AZƏRTAC

Bir çox insanlar qoz-fındığın çox yağlı və yüksək kalorili olduğunu hesab edirlər və bu, doğrudan da belədir. Ekspertlərin qeyd etdiyi kimi, əgər arıqlamağa səy göstərirsinizsə, pəhrizinizə fıstıq əlavə etməyə çalışın, “Earth.com” yazır.
Alimlər yeni araşdırmalarında belə qənaətə gəliblər ki, yeməkdən əvvəl gündə iki dəfə azacıq duzlu olan fıstıq yeməyin sağlamlıq üçün çoxlu faydalı keyfiyyətləri var. Belə ki, bu qida çəkini azaldır, arterial təzyiqi aşağı salır, qlükozanın daha sağlam səviyyəsinə səbəb olur.
Arıqlamaq istəyən insanlar adətən fıstıq yeməkdən qorxur, düşünürlər ki, onun kalorisi çox yüksəkdir. Əslində bu belədir, amma tez doyuzdurduğunu nəzərə almağa dəyər.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu, onun toxluq hissini daha uzun müddət saxlaması deməkdir ki, bu, təkcə pəhriz saxlayan insanlar üçün deyil, həm də sağlam və dadlı qəlyanaltı seçmək istəyənlər üçün faydalı ola bilər.

Sağlamlıq klubu 2022-08-03 03:00:00