×
A
A
A
Sazlamalar

Neftçala sakinlərinin qaz təchizatı ilə bağlı problemləri dinlənilib

Bakı, 2 avqust, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyinin (İB) növbəti “Açıq mikrofon” aksiyası Neftçala sakinləri üçün keçirilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, müştəri məmnuniyyətinin qorunması istiqamətində keçirilən tədbirdə təbii qazdan istifadə edən istehlakçıların sualları cavablandırılıb. Qaz sayğacının quraşdırılması, fərdi qazlaşdırma və qaz kəmərinin yerinin dəyişdirilməsi və sair kimi suallar ünvanlayan sakinlərin hər birinin müraciəti aksiyada iştirak edən Birlik nümayəndələri tərəfindən qeydə alınıb.
Qeyd edək ki, növbəti aksiya avqustun 3-də Şirvan şəhərində keçiriləcək.

Regionlar 2022-08-02 17:36:00