×
A
A
A
Sazlamalar

Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü təşkil edilib

Bakı, 2 avqust, AZƏRTAC

Avqustun 2-də Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və C.Nehru adına beynəlxalq mükafat laureatı maestro Niyazinin vəfatından 38 il ötür.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Niyazinin mənzil-muzeyində “Açıq qapı” günü təşkil olunub.
“Açıq qapı” günü çərçivəsində qonaqlara maestro haqqında sənədli filmlər, onun konsertlərindən, “Rast” muğam-baleti və “Çitra” baletindən videogörüntülər təqdim olunub.
Musiqisevərlər gün ərzində maestronun mənzil-muzeyini ziyarət etmək imkanı əldə ediblər.

Mədəniyyət 2022-08-02 17:28:00